Rusiya prezidenti Vladimir Putinin kompüter qarşısında çəkdirdiyi bu foto dünya mətbuatında gündəm olub.
Putinin yeni yayımlanan şəklindəki maraqlı detal izləyicilərin gözündən qaçmayıb. Şəkildəki kompüterin sol aşağı hissəsinə baxanda məlum olub ki, Rusiya prezidenti hələ də “Microsoft XP” sistemini işlədir. Şirkət isə həmin sistemin yenilənməsini 2014-cü ildə dayandırıb. Putinin nə üçün hələ də ən yeni sistemlərdən istifadə etməməsi maraq doğurub. BBC-nin verdiyi məlumata görə, Rusiyadakı müstəqil İnternet Mühafizə Dərnəyi Putinin “XP” sistemindən istifadə etdiyini doğrulayıb. Bəzi mənbələr isə “Windows”un son versiyasının təhlükəsizlik cəhətdən problemləri olduğu üçün Kremldə dövlət sirri sayılan məlumatların olduğu kompüterlərin köhnə sistemdə çalışdığını bildirib. “The Guardian” isə həmin xəbərə “Putinin mühafizəçiləri ona yeni sistemlərin olduğunu xatırlatmağı unudub” deyə münasibət bildirib.