“Putin oğruluğa və satqınlığa qarşı sərtdir, rəhimsizdir” –Peskov prezidentin nəyi xoşlamadığını açıqladı

Prezident Putin mənfi təzahürlərə qarşı daha barışmaz olub.

Azpost.info bildirir ki, bu sözləri Putinin mətbuat katibi Dimiri Peskov jurnalist Vladimir Solovyova müsahibəsində deyib.

“Putin hər hansı mənfi təzahürlərə qarşı daha barışmaz olub, eyni zamanda işləyən adamların hər hansı səhvini də anlayışla qarşılayır. Əgər heç bir iş görmədən səhvə yol verirsənsə, bu bağışlanmaz səhvdir. İş görərkən səhv edə bilərsən, bəzən belə olur. Burada cinayətlik bir şey yoxdur”.

Bununla yanaşı Peskov deyib ki, Putin oğruluğa və satqınlığa qarşı sərt və rəhimsizdir: “Əgər satqınlıq və oğurluğu nəzərdə tutsaq, o, bunlara qarşı çox sərtdir və rəhm göstərmir. Onun anlamında günah sayılan məsələlərə qarşı çox sərtdir”-deyə Peskov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə Ombudsmanı ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi pozuntulara dair hesabat yayıb

Sonrakı məqalə

“Ermənistanın XİN rəhbərinin Qarabağ bölgəsinə qanunsuz səfəri üçtərəfli Bəyanata ziddir” –