Putin ordunu xüsusi döyüş növbətçiliyi rejiminə keçirdi

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb.

Putin ordunun mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
V. Putin deyib ki, Qərb ölkələri təkcə hamının yaxşı bildiyi iqtisadi sahədə ölkəmizə qarşı qeyri-dost addımlar atmır: “Həm də NATO-nun aparıcı dövlətlərinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər”.

Rusiya Müdadfiə Nazirliyinin saytında bildirişdə deyilir ki, strateji qüvvələr Rusiyaya və müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq üçün, həmçinin təcavüzkarın darmadağın edilməsi, o cümlədən müharibədə nüvə silahının tətbiqi üçün nəzərdə tutulub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukrayna Belarus ərazisində Rusiya ilə danışıqlara razılıq verdi

Sonrakı məqalə

“Lukaşenkoya dedim ki, ruslarla sərhəd çayı üzərində görüşə bilərik” –