Putin Pelenin vəfatı ilə bağlı Braziliya prezidentinə başsağlığı verib

Rusiya prezidenti Vladimir Putin braziliyalı həmkarı Jair Bolsonaroya ulduz futbolçu Pelenin vəfatı ilə bağlı teleqram göndərərək başsağlığı verib.

Azpost.info xəbər verir ki, Putin bildirib ki, Pelenin istedadı, unikal bacarığı və füsunkar oyunu sayəsində futbol Rusiyada da sevimli idman növünə çevrilib.

Rusiya prezidenti futbolçu ilə bağlı ən xoş xatirələri həmişəlik yaddaşında saxlayacağını deyib.

“Sizdən əfsanəvi Pelenin ailəsinə və yaxınlarına, eləcə də ölkənizin bütün vətəndaşlarına səmimi başsağlığı sözlərini çatdırmağı xahiş edirəm”, – teleqramda deyilir.

Azpost.info

 

Əvvəlki məqalə

Türkiyə və Suriya liderləri görüşə bilər

Sonrakı məqalə

“ABŞ-ın müdafiə büdcəsi Tehrana qarşı düşmənçilik niyyətini əks etdirir”