Rusiya Mərkəzi Seçki Komissiyası Vladimir Putini martın 15-17-də keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alıb.
Azpost.info xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.
“Rusiya prezidenti vəzifəsinə 1952-ci il təvəllüdlü Vladimir Vladimiroviç Putinin namizədliyi 2024-cü il yanvarın 29-da qeydə alınsın”, – qərarda deyilir.
Azpost.info