Putin Suriya liderinə müraciət göndərib

Rusiya prezidenti Vladimir Putin Suriya lideri Əhməd əl-Şaraya müraciət göndərib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin müraciətdə Moskvanın Suriya hakimiyyəti ilə bütün ikitərəfli gündəm üzrə praktiki əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.

“Rusiya prezidenti Vladimir Putin Suriya dövlətinin başçısı Əhməd əl-Şaraya müraciət göndərib və bu müraciətdə o, Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünün təmin edilməsi maraqları naminə ölkədə vəziyyətin tez bir zamanda sabitləşdirilməsi səylərini dəstəkləyib”, – Kreml sözçüsü qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.