Putin Tehrana dəstək verdi:

“İranın heç bir günahı yoxdur”
02 Oktyabr 2019 - 17:13

“Tehranın Səudiyyə Ərəbistanın neft zavodlarına dron hucumunda əli olması barədə subutlar yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin “Rusiya enerji həftəsi” Forumunda bəyan edib.

Putin qeyd edib ki, Moskva məsuliyyətin İrana “yüklənməsinin” əleyhinədir. Putin deyib ki, dünən Ruhani ilə görüşündə İran prezidenti mövqeyini ona bildirib. Tehranın mövqeyi belədir: Bu hucumun İrana heç bir aidiyyəti yoxdur və bir sıra ölkələrin subut olmadan Tehranı günahkar elan etməsi qəribədir.

Bununla yanaşı Putin vurğulayıb ki, Rusiya Krallığın zavodlarına olan hucumu pisləyir və  “destkruktiv hadisə” sayır.