Prezident Putin Rusiyada nadir torpaq metallarının işlənməsi ilə bağlı əvvəlcədən elan olunmamış görüş keçirib.
AzPost -un məlumatına görə, prezident qeyd edib ki, bu, ölkə iqtisadiyyatının ən mühüm sahəsidir və orada istehsalın həcmi hədsiz dərəcədə artmalıdır.
Putin amerikalı tərəfdaşları nadir torpaq metalları üzərində birgə işləməyə dəvət edib. O qeyd edib ki, Rusiya Ukraynadan xeyli çox belə resurslara malikdir və Moskva onları maraqlı tərəflərə təklif etməyə hazırdır.
Xatırladaq ki, bu gün Tramp ABŞ-ın Rusiyanın nadir torpaq metalları ilə maraqlandığını bildirib.