Putin Trampın Ukraynada sülhlə bağlı təklifini rədd edib

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının Ukraynada sülhlə bağlı təklifini rədd edib.

Azpost-un məlumatına görə, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında bildirilir.

Analitiklərin fikrincə, Putin Ukraynanın NATO-ya üzvlüyünün ən azı on il təxirə salınması təklifini müharibənin dayandırılması üçün şərt kimi qəbul etməyib. Putin ABŞ-ın seçilmiş prezidentinin komandasının təklifini şərh edərkən deyib ki, Ukraynanın NATO-ya “bu gün, sabah və ya 10 ildən sonra” daxil olmasının fərqi yoxdur.

Putinin dekabrın 26-da verdiyi bəyanatda danışıq şərtlərini bir daha açıqlayıb. Bura Ukraynanı heç vaxt NATO-ya qoşulmayacaq neytral dövlətə çevrilməyə məcbur etmək, Ukrayna ordusunun sayına ciddi məhdudiyyətlər qoymaq və Ukrayna hakimiyyətini ölkədən çıxarmaq daxildir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.