Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb. Putin və Uitkoff arasında gedən danışıqlar 4 saatdan çox davam edib. Nümayəndə heyətləri görüşün keçirildiyi Prezident Kitabxanasının binasından ayrılıblar. Məlumata görə danışıqların əsas mövzusu Ukrayna böhranının nizamlanmasının aspektləri olub.