Putin Türkiyəyə gedir- Səfərin tarixi açıqlandı

Rusiya prezidenti Vladimir Putin 2020-ci il yanvar ayının birinci ongünlüyündə Türkiyəyə rəsmi səfər edəcək.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olan sonuncu telefon danışıqlarından birində onlar “Tür axını”nın yerüstü hissəsinin 2020-ci ilin birinci ongünlüyündə hazır olacağı barədə razılığa gəliblər. Putin bu məqsədlə Türkiyəyə səfər edəcək. Bu səfərə hazırlıq gedir”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə S-400-ü sınaqdan keçirməyə başlayır

Sonrakı məqalə

Mehriban Əliyevanın “Rossiya-24” telekanalına MÜSAHİBƏSİ: