Putin üçün avtomobil buraxan zavodun azərbaycanlı baş direktoru işdən çıxıb

10 Yanvar 2022 - 19:05

Azərbaycanlı Adil Şirinov “Aurus”un baş direktoru vəzifəsindən gedib.

Bu barədə “Aurus” şirkəti məlumat yayıb.

Bildirilib ki, avtomobil şirkətinin rəhbəri vəzifəsinin müvəqqəti icrası “Aurus” icraçı direktoru olan Nikolay Xodoseviçə tapşırılıb.

Qeyd edək ki, “Aurus” zavodu Rusiya Prezidenti və hökumətinin üzvləri üçün avtomobil istehsal edir.