Putin və Ərdoğan Liviyadakı vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə ediblər.

“Report” un xəbərinə görə, bu barədə məlumat Kremlin saytında yerləşdirilib.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər hər iki ölkənin Liviya münaqişəsinin siyasi həlli prosesinin irəliləməsi üçün hərtərəfli yardım etmək istəyini təsdiq ediblər.

Putin Ərdoğana Almaniyanın Federal Kansleri Angela Merkellə aparılan danışıqlar barədə məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hövsanda Pakistan vətəndaşı azərbaycanlı arvadını bıçaqlayıb

Sonrakı məqalə

Ruhani rəsmi üzrxahlıq üçün Ukraynaya xüsusi nümayəndə göndərəcək