ABŞ və Rusiya liderlərinin telefon söhbəti bu gün Moskva vaxtı ilə saat 23.30-a planlaşdırılıb.
Bu barədə TASS agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, dövlət başçıları bir sıra vacib məsələləri müzakirə edəcəklər. Görüş mətbuata qapalı şəraitdə keçiriləcək.
ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 30-da telefonla danışacaq.