Putin və Paşinyan telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Kremlin mətbuat xidmətinindən verilən məlumata görə, telefon danışığı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla, müzakirələr davam etdirilib.

Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika əlaqələrinin blokdan çıxarılmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib.

İkitərəfli gündəliyə dair fikir mübadiləsi zamanı ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikası xüsusilə qeyd olunub.

Təmasların davam etdirilməsi razılaşdırılıb.

Əvvəlki məqalə

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə görüşüblər

Sonrakı məqalə

2003-cü ildəki kütləvi iğtişaşlara görə saxlanmış Mehdi Xəlilbəylinin məhkəməsi keçirilib