Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş hazırlanır.
Azpost.info bildirir ki, bu barədə “RİA Novosti”yə Türkiyə prezidentinin administrasiyasından bildirilib.
Qeyd edilib ki, görüşün təfərrüatları diplomatik kanallarla razılaşdırılır. Lakin tarixi və yeri ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.
“Görüş gündəmdədir və bununla bağlı diplomatik kanallar vasitəsilə işlər aparılır. Hələlik konkret heç nə yoxdur”, – Türkiyə prezident administrasiyasından bildiriblər.