PUTİN YEREVANA GƏLİR –İran prezidenti “Yeni SSRİ”nın iclasına hansı təkliflə qatılacaq?

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında iştirak etmək üçün Yerevana gələcək.

Azpost.info erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib: “1 oktyabrda keçiriləcək iclasın gündəliyi Rusiya da daxil olmaqla bütün ölkə başçılarının konsensusu əsasında təsdiq olunub. Putin qonaq deyil. Özləri belə qərar veriblər”.

XİN rəsmisi deyib ki, iclasda həmçinin İran prezidenti Həsən Ruhaninin iştirakı gözlənilir. Bir müddət əvvəl Tehran Ermənistanla azad iqtisadi zonanın yaradılması prosesinin sona çatdığı barədə Yerevanı məlumatlandırıb. Bu zona barədə razılaşma tezliklə qüvvəyə minəcək.

İclasa Sinqapurun baş naziri Li Syan Lun dəvət olunub. Avrasiya İttifaqının bütün ölkələri Sinqapurla imzalanacaq sazişin üzərində işləməlidirlər. Oktyabrın 1-də isə Sinqapurla azad iqtisadi zona haqqında saziş imzalanacaq.

Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclası sentyabrın 30-dan oktyabrın 1-dək davam edəcək.

Moskva və Yerevan arasında soyuq yellərin əsdiyi bir zamanda keçirilən bu zirvə görüşündə çox guman ki, ikitərəfli münasibətlərin prioritetləri də müzakirə ediləcək. Ayrıca Rusiya-İran-Ermənistan formatının iqtisadi əsasları Moskva üçün vacib əhəmiyyət daşıyır. Regionun təhlükəsizliyi və “kənar qüvvələrin” müdaxilə imkanlarını minimuma endirmək Rusya və İranın ən böyük niyyətidir. Buna görə, Yerevan sammiti təkcə üzv ölkələrinin iqtisadi mesajları ilə deyil, siyasi reveransları ilə də diqqəti çəkəcək.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin köməkçisi xaricə oxumağa gedən gənclərlə görüşdü:

Sonrakı məqalə

İlham Əliyev türkdilli dövlətlərin xüsusi xidmət orqanlarına məktub göndərdi