Putindən çox əvvəl Ukraynanın NATO-ya daxil olmayacağı aydın idi. Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Politico”ya verdiyi müsahibədə deyib. O bildirib ki, indi, sadəcə, onlar məsələni irəli doğru apardılar. “Zelenski ilk dəfə Putinlə görüşəndə iki şey istədi: Krımı geri qaytarmaq və NATO-ya üzv olmaq. O, bunu çox da xoş bir şəkildə demədi”, - deyə Tramp əlavə edib. NATO-nun sıralarının genişlənməsi məsələsinə gəldikdə, o, bunu edə biləcək çox ölkə qalmadığını vurğulayıb.

AzPost.az