Putindən Tokayevə atmaca:

"Səddam da belə düşünürdü"
04 Oktyabr 2019 - 10:33

“Valday” klubunda Qazaxıstan prezidenti Qasım Jomart Tokayevin çıxışı zamanı maraqlı anlar yaşanıb.

Axar.az xəbər verir ki, Tokayev klubda Qazaxıstanın nüvə silahından imtina etməsi haqqında danışıb. O, Qazaxıstanın bu kursa sadiq qaldığını deyib:

“Müasir dünyada nüvə silahına sahib olmaq təhlükəsizlik və xüsusilə iqtisadi çiçəklənməyə zəmanət verilməsi demək deyil. Bəzən nüvə silahının olmaması daha yaxşıdır, amma əvəzində iqtisadiyyatına daha çox investisiya cəlb edə bilirsən, dünya ilə yaxşı münasibətlər qurub, inkişaf etdirə bilirsən”.

Bu zaman Tokayevin çıxışına Rusiya prezidenti Vladimir Putin, “Səddam Hüseyn də belə düşünürdü” zarafatı ilə reaksiya verib.