“Putini məğlub etməsək, sırada Litva, Latviya, Estoniya və Moldova olacaq”- ZELENSKİ

“Vladimir Putinin başlatdığı müharibəyə son qoymaq üçün Putinin özünə son qoymaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Rusiya prezidenti Ukraynanı dağıtmayana qədər sakitləşməyəcək. Ukraynadan sonra kimlərin riskdə olduğunu çox yaxşı bilirsiniz. Növbəti yerlərdə Litva, Latviya, Estoniya və Moldova ola bilər. Bu yaxınlarda eşitdik ki, onlar Finlandiyadan danışmağa başlayıblar, eləcə də Özbəkistanın müstəqilliyindən və s. Putin biz hamımız birlikdə onu bitirməyənə qədər bunu bitirməyəcək”, – Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, Avropa Rusiyanın təcavüzünə güc yolu ilə qarşı çıxmaq üçün birləşməyə davam etməlidir: “Birliyimiz həm də təhlükəsizliyinizin zəmanətidir. Döyüşçülərimizin mətanəti həm də sizin mətanətinizdir. Bizim yolumuzun doğruluğu azad olmaq istəyimizdədir. Rusiya gec-tez geri çəkiləcək…”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda qoyunlar azalıb –

Sonrakı məqalə

İnanırıq ki, media seçki prosesini işıqlandırarkən peşəkarlıq nümayiş etdirəcək