“Putinin hərəkətləri Avropaya təhlükədir” –
Britaniya Ukraynanın Zaparojye atom elektrik stansiyasındakı (AES) vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edir.
Azpost.info xəbər verir ki, baş nazir Boris Conson Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini bütün Avropa üçün təhlükə adlandırıb. Ukrayna prezidenti Vladimir Zelenski və Boris Conson təcili telefon danışığı aparıblar və razılaşıblar ki, hazırda əsas prioritet Rusiya tərəfini AES zonasında hərbi əməliyyatları dərhal dayandırmağa məcbur etməkdir. “Prezident Zelenski ilə Zaparojye atom elektrik stansiyasındakı ciddi vəziyyəti müzakirə etdim. Rusiya elektrik stansiyasına hücumu dayandırmalı və stansiyanın fövqəladə xidmətlərə maneəsiz çıxışı təmin edilməlidir”, – baş nazir deyib.
Azpost.info
