Putinin mətbuat katibi peyvənd vurdurub

13 Noyabr 2021 - 10:13

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Sputnik Light” peyvəndi vurdurub.

“Sputnik Light”a üstünlük verdiyini deyən Kremlin sözçüsü peyvəndi vurdurduqdan sonra gün ərzində hərarətinin olduğunu bildirib.

Peskov sözügedən peyvəndin keyfiyyətindən danışarkən orqanizmdə antitellərin yüksək səviyyədə qaldığını vurğulayıb.