Putinin müharibəni elan edən çıxışı fevralın 21-də hazırlanıb
Vladimir Putinin Rusiyanın hərbi əməliyyatlara başladığını elan edən videomüraciəti fevralın 21-də hazırlanıb. Lakin video Kremlin saytında fevralın 24-də yayılıb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Novaya qazeta” məlumat verib. “Putinin müharibəni elan edən çıxışı bazar ertəsi, fevralın 21-i axşam lentə alınıb. Bunu Kremlin saytından videonu endirərək və onun xüsusiyyətlərinə baxmaqlar yoxlaya bilərsiniz”, – qəzet yazır.
Bu məlumatların dərcindən sonra Conflict Intelligence Team (CIT) istintaq qrupu Rusiyanın fevralın 21-dən 22-nə keçən gecə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə hazırlaşdığını, lakin bu plana nəyinsə mane olduğunu bəyan edib.
Azpost.info

