Putinin ömrünü “uzatmağı” vəd edən alim vəfat etdi- 100 il yaşamağı planlaşdırırdı

Rusiyanın aparıcı gerontoloqlarından biri, Biotənzimləmə və Gerontologiya İnstitutunun yaradıcısı, Rusiya Elmlər Akademiyasının akademiki Vladimir Xavinson 77 yaşında vəfat edib.

Azpost.info xəbər verir ki, bu barədə Sankt-Peterburqun vitse-qubernatoru Oleq Erqaşev məlumat verib.

Medianın Rusiya prezidenti Vladimir Putinin “şəxsi gerontoloqu” adlandırdığı alim 1990-cı illərin əvvəllərindən qocalma və aktiv ömrün uzadılması problemləri üzərində işləyir, 13 dərman vasitəsi və 64 növ peptid əsaslı qida əlavəsini qeydə alıb.

2017-ci ildə Putin tibb sahəsində xüsusi nailiyyətlərinə görə Xavinsonu “Dostluq” ordeni ilə təltif edib. Mükafat mərasimi ərəfəsində verdiyi müsahibədə Xavinson “İncil”ə istinad edərək bildirib ki, insan orqanizminin resursu 120, minimum isə 100 yaşa çata bilər.

Alim Putinə ən azı 20 il aktiv həyat vəd etmiş, Rusiya liderinin parlaq potensiala malik olduğunu demişdi.

Xavinson onu da bildirmişdi ki, tibb dövlət adamlarının ömrünü uzatmalıdır. Çünki bir qayda olaraq, təcrübəli rəhbəri əvəz edəcək heç kim yoxdur və onlarsız ölkədə siyasi böhran başlaya bilər.

Qeyd edək ki, gerontologiya insanın qocalmasını və qocalmaya qarşı mübarizə metodunu öyrənir.

Azpost.info

 

Əvvəlki məqalə

Futbol ulduzu Azərbaycanda oynamaq üçün təklif alıb

Sonrakı məqalə

Qlobal istiləşmə Azərbaycan ərazisində də özünü göstərir