Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina “Arus” markalı avtomobil hədiyyə edib.
Azpost.info xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Putinin Şimali Koreya liderinə avtomobil hədiyyə etdiyini daha əvvəl Koreya Mərkəzi Teleqraf Agentliyi yazmış, lakin avtomobilin markası açıqlanmamışdı.
Kim Çen Inın bacısı Kim Yo Çjon bu hədiyyəni iki ölkə liderləri arasında qurulan xüsusi dostluq əlaqələrinin bariz göstəricisi adlandırıb.
Azpost.info
