Putinin sinif yoldaşı məktəb illərindən danışıb:

“Ev tapşırığını köçürməyə vermirdi”
04 Sentyabr 2019 - 20:33
P362575 04: A class photo with Vladimir Putin, (first row, third from right) dated 1964-65 in Russia. (Photo by Laski Diffusion)

Rusiya Prezidenti Vladimir Putin orta məktəb şagirdi olarkən elədiyi ev tapşırıqlarını köçürmək üçün sinif yoldaşlarına vermirdi.

Azpost.info bildirir ki, bu barədə Putinin sinif yoldaşı Svetlana Potapçuk İsveçin “Expressen” saytına müsahibəsində deyib.

Leninqraddakı 281 saylı məktəbdə gələcək prezidenti Volodya, ya da Putya çağırırdılar. Putin çox ciddi oğlan idi. O həmişə ev tapşırıqlarını yazar, amma köçürməyə verməzdi: “50 il ötsə də indiyə qədər yadımdadır. Ondan ev tapşırığını köçürmək üçün istədim, o razı olmadı. Dedim ki, “evdə işim çox olub, ver köçürüm”. O isə razı olmadı”- deyə Potapçuk bildirib.

Potapçuk və Putin xüsusi ixtisasyönümlü məktəbdə oxuyublar. 9 və 10-cu siniflər kimya təmayüllü olub. Putin hələ o zamandan kəşfiyyatçı olmağı istəyirmiş. Bu arzu onda yeddinci sinifdə oxuyarkən baxdığı “Qılınc və Qalxan” bədii filmindən sonra yaranıb. Potapçuk deyib ki, Putin həmişə dəqiq bilirdi ki, həyatda ona nə lazımdır.

Dni.ru saytı yazıb ki, Putin kəşfiyyat işi zamanı ona verilmiş məxfi ləqəbini açıqlayıb.  Operativ ləqəbini o DTK-nın ali məktəbində oxuyarkən almışdı. Onun ləqəbinin “Platov” olduğunu hətta leqal kəşfiyyat kursundakı yoldaşları belə bilməyiblər.

Azpost.info