Putin Türkiyəyə nə vaxt gedəcək?- Ankaradan açıqlama

Ərdoğanla Putin
Ərdoğanla Putin

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri fevralda baş tuta bilər.

Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən yazıb.

Məlumata görə, yekun qərar iki ölkə liderlərinin qrafikindən asılı olacaq.

Hazırda diplomatik kanallar vasitəsilə görüş razılaşdırılır.

“Gözləntilərimiz təxminən fevral ayıdır. Amma təbii ki, hər şey liderlərin cədvəlindən asılı olacaq”, – mənbə deyib.

Mənbənin sözlərinə görə, dövlət başçılarının müzakirə üçün geniş gündəliyi var. Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsi və Ukrayna nizamlanması, eləcə də regional və ikitərəfli məsələlərə toxuna bilərlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.