Putinlə Lukaşenkonun danışıqları zamanı işıq söndü –Putin məşhur sovet filmindəki aforizmi işlətdi

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putun arasında keçirilən görüş zamanı işıq qəfildən sönüb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumatına görə, elektrik enerjisinin kəsilməsi iki liderin giriş nitqi bitən ana təsadüf edib. “Elektrik bitdi”, – deyə V. Putin zarafat edib.

Lukaşenko isə zarafatla “Bunun hamısı Dima Peskovun (Rusiya liderinin mətbuat katibi) işidir, mən bilirəm”, – söyləyib. Nümayəndə heyətləri gülüşüb və danışıqları davam etdirib.

Qeyd edək ki, Rusiya və Belarus prezidentləri iki ölkə arasında İttifaq Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində Soçidə görüşürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda kimi başçı görmək istədiyimi gələcək göstərəcək” –

Sonrakı məqalə

Tanınmış astroloqdan seçki proqnozu: