"Qəzaya uğrayan təyyarənin göyərtəsində sağ qalan yoxdur”. “Associated Press“ xəbər verir ki, bunu Hindistanın Əhmədabad vilayətinin polis komissarı bildirib. O əlavə edib ki, təyyarənin yaşayış məntəqələri və ofislərin sıx yerləşdiyi əraziyə düşməsi yerli sakinlər arasında da ölənlərin olduğunu deməyə əsas verir: “Hazırda yekun rəqəmlərlə bağlı dəqiqləşmələr aparılır”. Qeyd edək ki, Hindistanda sərnişin təyyarəsi qəzzaya uğrayıb. Təyyarənin göyərtəsində 242 sərnişinin olduğu bildirilir. Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.

AzPost.az