Qəbələdə gənc qızı amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb

06.03.2022 · 18:46 · Sosial
Ölüm

 

Qəbələdə gənc qızı amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Martın 5-də Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir qadın saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

İstintaq və əməliyyat – axtarış tədbirləri davam etdirilir.