Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qəbələdə gənclərin yaradıcılıq imkanlarına dair təlim keçirilib

User 22 Sentyabr 2025 - 08:20 (Last updated: 22 Sentyabr 2025 - 11:50)
qe01

“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsində qalib gələn “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsini uğurla davam etdirir.

Tərəfdaş təşkilatda dərslərin başa çatması və iştirakçıların istirahətə çıxması ilə əlaqədar olaraq baş tutmayan təlimlər yenidən vüsət alıb. 17 sentyabr 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 25 nəfər benefisiarın iştirakı ilə layihənin 7-ci təlimi keçirilib. Təlimdə “Lirik növ: Nəzmin əsas əlamətləri, ahəng, ritm, qafiə, rədif, bölgü, misra, beyt, mətlək, məqtə, bənd. Heca vəzni” mövzusu müzakirə olunub.

QDPTM ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi yaradıcılıqla məşğul olan və olmaq istəyən gəncləri üzə çıxarmaq, onların potensialını artırmaq, biliklərini təkmilləşdirmək, yaradıcılıqlarını geniş oxucu kütləsinə çatdırmaq və cəmiyyətə yararlı insan kimi yetişmələrinə töhfə verməkdir.

Təlimləri dil-ədəbiyyat sahəsində bilik və təcrübəyə malik olan filoloq-müəllim, təlimçi Fəxrəddin Babayev aparır. Təlimlərə başlanandan bəri gənclərin həvəslə qoşulmaları, qiraət və yaradıcılıq sahəsində özlərini sınamaları onların fəallığını göstərir. Layihə rəhbərinin sözlərinə görə, bu gənclərin arasından gələcəyin istedadlı şairləri, qiraət ustaları və nasirləri çıxacağına böyük inam var.

Təlimin gedişində fəallığı ilə seçilən Mənafov Aqşin və Canqudiyeva Cinarə öz əsərlərini təqdim edərək fikirlərini oxucuya aydın, səlis və dövrün tələblərinə uyğun şəkildə çatdırmağa çalışıblar. Təlimlər zamanı iştirakçılar yazdıqları nümunələri səsləndirir, nəsr əsərlərini təqdim edərək rəy alır və daha da həvəslə davam edirlər.

Nəzərdə tutulan 10 təlimin gənclərin yaradıcılıqlarında mühüm rol oynayacağına, onların bu yolda inamla irəliləyərək arzularına çatacağına əminlik ifadə olunur.

Layihə rəhbərliyi təlimlərin keçirilməsində yüksək şərait yaradan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevə, təlim-tərbiyə işləri üzrə direktor müavini Reyhan Çələbiyevaya, əməkdaşlardan Nuriye Mustafayevaya və Türkan Rzayevaya, həmçinin təlimləri ustalıqla aparan Fəxrəddin müəllim Babayevə təşəkkür edib, bütün iştirakçılara uğurlar və yaradıcılıq nailiyyətləri arzulayıb.

AzPost.az

Post navigation

Previous: Birmarket zəmanət adı ilə alıcıları aldatdı
Next: Kim Çen In: “KXDR nüvə silahından imtina etməyəcək”

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasını az ehtimallı hesab etdiyini bildirib. Tramp bu...
Read more about “İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP
erdo qayit01
  • Sosial

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08
Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.