Qəhvənin insan orqanizminə faydası açıqlanıb

01 Yanvar 2022 - 10:27

Sauthempron və Edinburq universitetlərinin alimləri qəhvənin insan orqanizminə faydasını müəyyən ediblər.

Trend-in “The Mirror”a istinadən verdiyi məlumata görə, alimlər bildirib ki, qəhvə qaraciyər xəstəliyi riskini və ölüm riskini azaldır.

Məlumata əsasən, alimlər Böyük Britaniyanın biobankından 95,5 min nəfərin məlumatlarını təhlil ediblər.

Müəyyən edilib ki, müntəzəm olaraq qəhvə içənlərdə xroniki qaraciyər xəstəliyi riski 21 faiz, ölümdən qaçma ehtimalı isə 40 faiz, qəhvənin tərkibindəki kaveol və kafestol sayəsində qaraciyər yağlanması riski isə 20 faiz azalır.

Tədqiqatın müəllifi Oliver Kennedinin sözlərinə görə, bu, əhalisinin aşağı gəlirləri səbəbindən insanların keyfiyyətli tibbi xidmət almaq imkanları az olan ölkələr üçün vacibdir.