“Yas yerlərində tibbi maskadan istifadə edilməməsi kütləvi yoluxmaya səbəb olur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, Salyanda 12 nəfər qadın yas yerində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub: “Qəbələ və İsmayıllıda özəl sektorun nümayəndələrinə müraciət etmək istəyirəm ki, yoluxmanın çox olduğu kəndlərdən sakinlər varsa, o insanlar 14 günlük karantin müddətinə əməl etsinlər”.