Qərb Belarus və Lukaşenkaya sərt sanksiyalar hazırlayır

“Böyük yeddilər”in xarici işlər nazirləri və Avropa İttifaqının ali komissarı Belarus hakimiyyət orqanlarının müstəqil jurnalist Roman Protaseviçi və onun yoldaşı Sofiya Sopeqanı həbs etməklə yol verdiyi misli görünməmiş hərəkətini qətiyyətlə pisləyiblər.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ-dan ibarət G7 qrupunun bəyanatında habelə mayın 23-də sərnişin təyyarəsinin məcburən Minskə endirilməsi kəskin təqnid olunub.

Pratoseviç və Sopeqa bu təyyarənin sərnişinləri idilər.

G7-nin bəyantında deyilir ki, Belarus hökuməti bu hərəkəti ilə beynəlxalq mülki aviasiya normalarını kobudcasına pozub və sərnişinlərin həyatını riskə atıb: “Bizim bütün ölkələrimizin və vətəndaşlarımızın təhlükəsizliyi hər bir ölkənin mülki təyyarələrin təhlükəsiz uçuşlarının idarə olunmasında öz vəzifəsini Çikaqo Konvensiyasına uyğun şəkildə yerinə yetirməsindən asılıdır. Biz Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) onun qaydalarının və standartlarının bu şəkildə pozulmasına reaksiya verməyə çağırırıq”.

Böyük yeddilərin bəyanatında daha sonra deyilir: “Bu hərəkət həm də media azadlığı üzərinə ciddi hücumdur. Biz Roman Protaseviçin və eləcə də Belarusda saxlanan başqa jurnalist və siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirik”.

Bəyanatda Belarus hakimiyyətinə qarşı ən sərt sanksiyaların nəzərdən keçiriləcəyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik edib

Sonrakı məqalə

Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq gətirmiş ər-arvad kimdir? –