“Qərbin Ukrayna ilə bağlı ultimatumları qəbuledilməzdir”- LAVROV

“Qərb ölkələrinin Ukraynadakı vəziyyətlə bağlı ultimatumları qəbuledilməzdir və heç bir perspektivi yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Qambiyanın xarici işlər naziri Momodu Tanqara ilə görüşündən sonra bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsi mövzusu qambiyalı tərəfdaşlarla danışıqlarda müzakirə olunub və onlar vəziyyəti başa düşdüyünü bildiriblər.

“Qambiyalı tərəfdaşlara baş verənləri başa düşmələrinə və ədalətli siyasi nizamlanmanın tərəfdarı olduqlarına görə minnətdarlığımızı bildirdik”, – XİN rəhbəri deyib.

Azpost.info

Əvvəlki məqalə

Dərslik ekspertləri ilə görüş keçirilib

Sonrakı məqalə

Binəqədidə baş vermiş partlayış-yanğınla bağlı 2 nəfər həbs olunub