“Anqlosakslar Rusiya ilə proksi-savaş aparır. Bu müharibə, Ukraynadakı münaqişənin qaynar mərhələsi başa çatdıqdan sonra belə, dayanmayacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
O hesab edir ki, Rusiya Qərblə uzunmüddətli müharibəyə hazır olmalıdır.
“Dəfələrlə düşmən od və qılıncla torpağımıza gəlib. İndi də ABŞ, NATO və onların tərəfdaşları Kiyev nasist rejiminin və müxtəlif növ muzdluların əli ilə xalqımıza və dövlətimizə qarşı proksi-savaş aparırlar. Anqlosakslar müharibə bitsə belə, onu dayandırmayacaq”, – Patruşev bildirib.
Bu, Təhlükəsizlik Şurası katibinin bu səpkidə verdiyi ilk bəyanat deyil. 2022-ci ilin oktyabrında o, Qərbi hərbi əməliyyatları Ukrayna ərazilərindən Rusiyaya keçirməkdə ittiham etmişdi.
Azpost.info