Qətərin xarici işlər naziri Əmiri Məhəmməd Bin Əbdürrəhman Bin Casim Al Sani bu gün Tehrana səfər edəcək.
Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi öz Twitter səhifəsində yazıb.
A.Musəvinin sözlərinə görə, Qətər Əmiri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar aparacaq.