Qəbələdə usta işlədiyi sexin ətrafında çətənə kolu da əkib –Polis 26 kolu müsadirə edib

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlin bilinən Nic qəsəbə sakini O.Çalabari saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun qəsəbə ərazisində usta işlədiyi sexin ətrafına baxış keçirilib və oradan kultivasiya yolu ilə yetişdirdiyi 26 ədəd çətənə kolu və 3 kiloqram 230 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib

Sonrakı məqalə

İsgəndər Həmidov Türkiyədə ürəyindən əməliyyat olunub –