Qədim mayalılara aid yeni saray tapılıb

Meksikanın cənub-şərqində qədim mayalılara aid saray aşkarlanıb.

“Amerikanın Səsi” xəbər verir ki, Meksika arxeoloqları Meksikanın Yukatan ştatındakı Kuluba arxeoloji sahəsində yeni Maya Sarayı tapıblar. Sarayın uzunluğu 50 metr, hündürlüyü isə 6 metrdir. İnşaat materialları bu sarayda 600-cü il ilə 1050-ci illər arasında iki fərqli dövrdə insanların yaşadığını göstərir.

Kolumbdan öncəki dövrə aid Maya şəhərindəki bu sarayla birlikdə mütəxəssislər başqa dörd tikilini – altar, yaşayış üçün nəzərdə tutulan iki sahə və bir soba olduğu düşünülən bir tikili aşkar edib.

Qeyd edək ki, qüdrətli Maya İmperiyasının ən güclü dövrü təxminən 250- 900-cü illərdə yaşanıb və bu dövr klassik dövr adlanıb. O dövrlərdə imperiya hazırda Qvatemala, Honduras və Salvadorun qərb hissəsində olan əraziləri əhatə edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xüsusi hərbi ixtisaslar üzrə yaş həddi 15-ə endirilib –

Sonrakı məqalə

Evdən çıxmadan necə pul qazanmaq olar?