Qəhrəmancasına şəhid olan kəşfiyyatçı-zabit Cəlilabadda dəfn edildi –FOTOLAR

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan baş leytenantı Babaşov Bayram İlqar oğlu Cəlilabad rayonunda dəfn edilib.

Şəhidlə doğulduğu Günəşli kəndindəki evində vida mərasimi keçirilib.

Mərasimdə rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.

Daha sonra şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb. B.Babaşovun tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin yaxınlarına təqdim edilib.

Qeyd edək ki, şəhid baş leytenant Babaşov Bayram İlqar oğlu 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində doğulub.

Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına vuruşan kəşfiyyatçı-zabitin nəşi bir neçə gün öncə tapılmışdı. Ailəsinin onunla sonuncu telefon danışığı sentyabrın 29-da olub. O vaxtdan bəri Bayramla əlaqə saxlamaq mümkün olmayıb. Döyüş yoldaşlarının sözlərinə görə, Kəlbəcərdə əsgərlərini mühasirədən çıxarmaq üçün üç saat təkbaşına döyüşən, 30-dan çox düşməni məhv edən bölük komandiri, baş leytenant Bayram Babaşov oktyabrın 2-də şəhid olub. Onun iki qardaşı da Vətən müharibəsində ilk gündən iştirak edib və hər ikisi qazi olub.

Şəhid zabitimiz ailəli idi, 3 yaşlı bir oğlu var. (Report)

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəhid Zülfüqarın son zəngi:

Sonrakı məqalə

“Darmadağın edilmiş ordu Paşinyanın deyil, Koçaryan və Sarkisyanın yaratdığı ordudur” –