“Qərb rusiyalı jurnalistləri heç bir fərq qoymadan “Kreml təbliğatçıları” kimi qələmə verir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Onları narahat edən faktlardan gizlənmək üçün Qərb bütün rusiyalı jurnalistlərə “Kreml təbliğatçıları” damğası vurur. Rus jurnalitlərinə qarşı açıq təqiblərə başlayıblar”, – prezident qeyd edib.
Azpost.info