“Qərb Rusiyaya müharibə elan edib, məhv etmək istəyirlər” –LAVROV

“Qərb Rusiyaya qarşı əsl hibrid müharibəsi elan edib və iqtisadiyyatımızı məhv etmək istəyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Bu gün bizə hibrid və total müharibə elan ediblər. Nasist Almaniyasının işlətdiyi bu termini indi bir çox avropalı siyasətçilər Rusiyaya qarşı istifadə edirlər. Hədəfləri də gizli deyil – Rusiya iqtisadiyyatını və bütövlükdə Rusiyanı məhv etmək, sındırmaq, dağıtmaq, boğmaq”, – Lavrov bildirib.

XİN rəhbərinin fikrincə, təzyiqlərə baxmayaraq, dünya ölkələrinin əksəriyyəti Rusiyaya qarşı sanksiya siyasətindən istifadə edən Qərbin “oyunlarına” qoşulmayacaq: “Kollektiv Qərbdən kənarda olan ölkələrin böyük əksəriyyəti təkqapı oynamaq istəmir”.

Azpost.info

Əvvəlki məqalə

Təhsil naziri “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib

Sonrakı məqalə

Türkmənistanın yeni prezidenti QMİ sədrinə məktub göndərib