Qərb Rusiyaya qarşı sanksiyalarda nəyi nəzərə almayıb? –
“Qərbin Rusiyanın böyük həcmli iqtisadiyyatına qarşı irimiqyaslı sanksiyaları qlobal maliyyə sistemində ağrılı dəyişikliklərə səbəb ola bilər”.
Azpost.info bildirir ki, bu barədə “Foreign Affairs” nəşrinin təhlilinə deyilir.
“Qərb liderləri kiçik ölkələrə qarşı sanksiyalar tətbiq etməyə öyrəşiblər, çünki özləri üçün xərclərin cüzi olacağını bilirlər. Buna görə də, onların qlobal əlaqələri olan böyük iqtisadiyyata qarşı tətbiq edilən repressiyanın nəticələri haqqında çox az təcrübə və real anlayışları var”- deyə Kornell Universitetinin dosenti Nikolas Mulder yazıb.
Suriya, Myanma və ya Venesuelaya qarşı sanksiyaları nümunə kimi göstərən təhlilçi qeyd edib ki, bu ölkələrin bütün dünyaya təsiri azdır: “ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq edərkən belə neft bazarlarında təlatüm yaratmamaq üçün çox ehtiyatla davranmışdı”, -deyə o xatırladıb.
Müəllifin fikrincə, məhdudiyyətlər eyni zamanda bir neçə formada təsir edir: Qonşu dövlətlər və bazarlar üçün yan təsirlər, özəl sektordan investisiyaların geri çəkilməsinin multiplikativ effekti, Moskvanın cavabı tədbirləri nəticəsində yaranan eskalasiya effekti və onun qlobal iqtisadiyyat üçün nəticələri.
Mulderin sözlərinə görə, Rusiya kimi ölkəyə qarşı sanksiyaların tətbiqi kompensasiya siyasəti olmadan mümkün deyil. ABŞ bunu bilir, lakin məhdudiyyətlərin əks təsirini dayandırmaq üçün kifayət qədər səy göstərmir.
Bundan başqa Ukrayna hadisələrindən əvvəlki vəziyyət də hazırkı situasiyaya təsir edir. Beləliklə, Qərb vəziyyəti daha da ağırlaşdırıb.
Müəllifin fikrincə, Qərbin Putini dayandırmaq əzmi nə qədər güclü və haqlı olsa da, siyasətçilər başa düşməlidirlər ki, total iqtisadi hücum qlobal iqtisadiyyat üçün ciddi yüklənmə yaradacaq.
Mulderin sözlərinə görə, dünyada xərcsiz, təhlükəsiz, ağrısız və proqnozlaşdırıla bilən sanksiyalar dövrü birdəfəlik başa çatıb.
Azpost.info
