“Qərbdə İranın Rusiyaya PUA-lar verməsi ilə bağlı heç bir sübut yoxdur”- LAVROV

“İranın Rusiyaya PUA-lar verməsi ilə bağlı Qərbin bəyanatları əsassız olaraq qalır”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiyanın rəqiblərinin bununla bağlı heç bir faktı yoxdur.

“Qərblilər BMT Təhlükəsizlik Şurasında İranın Rusiyaya dronlar verməsi ilə bağlı hay-küy salıblar. Həmişə olduğu kimi, hər şey yüksək ehtimal üslubundadır. Onlar fakt gətirə bilmirlər, heç cəhd də etmirlər”, – Lavrov bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bakı metrosunda qatarda nasazlıq olub

Sonrakı məqalə

Sülhməramlıların növbəti avtomobil karvanı Laçın yolundan keçib