Qətərin xarici işlər naziri Tehrana səfər edəcək- Bu gün

Qətərin xarici işlər naziri Əmiri Məhəmməd Bin Əbdürrəhman Bin Casim Al Sani bu gün Tehrana səfər edəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi öz Twitter səhifəsində yazıb.

A.Musəvinin sözlərinə görə, Qətər Əmiri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar aparacaq.

Qeyd edək ki, yanvarın 3-də Bağdad aeroportu yaxınlığında ABŞ helikopterlərinin hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-ın Qüds qüvvələri komandanı Qasim Süleymani həlak olması bölgədə vəziyyəti ağırlaşdırıb. Qətər Əmirinin İrana səfərinin vəziyyətin stabilləşdirilməsi ilə əlaqədar olduğu ehtimal edilir.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ölən şəxsin Fərhad Abdullayevlə heç bir qohumluğu yoxdur”

Sonrakı məqalə

Türkiyənin xarici borcu 433,9 milyard dollardır