Qətərlə Körfəz ölkələri arasında böhrana son qoyulub

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Səudiyyə Ərəbistanında keçirilən 41-ci sammitinin iştirakçıları KƏŞ-in bütövlüyü və Qətər ətrafında böhranın sona çatması ilə bağlı kommünike imzalayıblar. 

Bu barədə Səudiyyə Ərəbistanının “Əl-İxbariya” telekanalı məlumat yayıb.

Kommünikeni Qətər əmiri Tamim bin Xamad Əl Tani, Küveyt əmiri Navaf əl-Əhməd əs-Sabah, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Bəhreynin vəliəhd şahzadəsi Salman bin Xamad əl-Xəlifə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Məhəmməd bin Rəşid və Omanın Baş nazirinin müavini Fəhd bin Mahmud əl-Səid imzalayıblar. (APA)

Xatırladaq ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmaq cəhdlərində ittiham edərək onunla diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zəngilanda sərhəd zastavasının açılışı olub

Sonrakı məqalə

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib