Qafqazlı kişilər Roma İmperiyasının ordusunda xidmət edib –Arxeoloqlar subutlar tapıb

Qafqazlı kişilər qədim Roma ordusunda muqavilə ilə xidmət ediblər.

Azpost.info bildirir ki, bu barədə Kabardin-Balkar respublikasında qazıntı aparan arxeoloqlar bəyan ediblər. Baksakan rayonundakı qəbirlərdən  tapılmış artefaktları tədqiq edən alimlər belə nəticəyə gəliblər.

Roma İmperiyasının ordusunda muzdla xidmət edən qafqazlılar romalı hərbiçilərin “militari” stilində geyimindən istifadə ediblər. Eramızın 1-ci əsrin sonu 2-ci əsrin əvvələrinə məxsus olan əşyalar qəbirdə dəfn olunmuş dörd nəfərin qalıqları üzərində tapılıb.

Tapıntıların arasında olan Roma döyüşçülərinin geyimini bərkidən metal sancaq-fibula bu qənaəti möhkəmləndirib. Fibula Roma ordusunun emalatxanalarında əsgərlər üçün düzəldilirdi. Nadir tapıntıları tədqiq edən ekspedisiyanın rəhbəri Anna Kadiyeva TASS-a açıqlamasında deyib ki, dəfn olunanların içində olan qadının əlində olan üzüklər də romalıların əl işləridir. “Öz zamanı üçün bunlar kifayət qədər bahalı idi. “Barbar dünyası” üçünsə bu qiyməti olmayan əşya idi. Çünki o zaman Qafqazda şüşə istehsalı yox idi”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın turizm brendi Londonda mükafatlandırılıb

Sonrakı məqalə