“Qalatasaray”ın yeni baş məşqçisi məlum olub –

FOTO
12 Yanvar 2022 - 08:25

Türkiyənin “Qalatasaray” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə klubun prezidenti Burak Elmas açıqlama verib.

Funksioner ispaniyalı Domenek Torrenlə anlaşdıqlarını bildirib. O, 60 yaşlı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağını bildirib.

Qeyd edək ki, “Qalatasaray” ötən gün Fatih Terimlə yollarını ayırıb.