Yüksək qan təzyiqi insanın digər orqanların fəaliyyətinə mənfi təsir göstərə bilər.
Azpost.info bildirir ki, bu barədə Gazeta.ru-ya müsahibəsində kardioloq İlkin Həsənov deyib.
“Yüksək qan təzyiqi böyrəklərə, gözün tor qişasına, ürək, beyin və qan damarlarına zərər verir. Ateroskleroz, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, ensefalopatiya, miokard infarktı, insult inkişaf edir”, – deyə həkim izah edib.
Həkim aydınlaşdırıb ki, arterial hipertoniya sistolik təzyiqin 140 mm -90 civə sütunu olduğu vəziyyətdir.
Düzgün müalicənin olmaması insult, infarkt və hətta ölümlə nəticələnə bilər.