“Qarabağ” APOEL-ə uduzdu

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib.

Ağdam klubu qrup mərhələsinin IV turunda Kiprin APOEL klubu ilə qarşılaşıb.

Bu matçadək A qrupunda 2-ci olan Qurban Qurbanovun yetirmələri Nikosiyanın GSP stadionundakı qarşılaşmaya erkən qolla başlayıblar. Maksim Medvedev 10-cu dəqiqədə hesabı açıb.

Qarşılıqlı hücumlarla keçən oyunda hər iki komanda ardıcıl həmlələr təşkil etsə də, hesab yalnız ikinci 45 dəqiqədə dəyişib. Lukas Souza meydan sahiblərinin bərabərlik qoluna imza atıb.

Lakin “Qarabağ” bu hesabı qoruya bilməyib. Kipr təmsilçisi oyunun sonlarında qələbə qoluna imza ata bilib. İlk iki qol kimi bu top da künc zərbəsindən sonra vurulub. Nikolas İoannou meydan sahiblərini sevindirib – 2:1.

Qeyd edək ki, qrupun digər oyununda Lüksemburqda “Düdelanj”ın qonağı olan “Sevilya” 5:2 hesabı ilə qalib gəlib. İspaniya klubu bununla da nəinki 1/16 finala vəsiqəni, A qrupunda 1-ci yeri təmin edib.

Avropa Liqası
Qrup mərhələsi
IV tur, A qrupu
7 noyabr
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 2:1
Qollar: Medvedev, 10 – Souza
, 59, İoannou, 88

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TRAMPIN XEYRİNİ PUTİN GÖRÜR –

Sonrakı məqalə

Azərbaycanda 6 ballıq zəlzələ olub –